Sumqayıtın 2 hektar ərazisində neft və neft məhsulları ilə çirklənmiş ərazilər təmizlənəcək və təmizlənmiş ərazidə abadlıq işlərinin görülməsi və yaşıllıqların salınması işləri həyata keçiriləcək.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Qeyd edək ki, təmizlənmə işləri ekoloji çirklənmə problemləri, xüsusi təhlükə törədən çirklənmə mənbələrinin monitorinqinin keçirilməsi, inventarlaşdırılması və təmizlənməsi ilə məşğul olan Blacksmith İnstitutu tərəfindən həyata keçiriləcək.
SOCAR ilə Blacksmith İnstitutu ilə müvafiq sahədə memorandum imzalanıb. Memorandumun şərtlərinə əsasən 5 ay ərzində bu işlər yekunlaşacaq.
Xatırladaq ki, ərazidə işlərə start verilib.