Xəzər rayonunun Yesenin, Almas İldırım küçələrində və Mərdəkan-Şüvəlan yolunda hərəkət qismən məhdudlaşdırıldı.
Oxu.Az-ın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, məhdudiyyət yol cizgiləri xətlərin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.
Adıçəkilən yollar bu gün saat 11:00-dan etibarən nəqliyyat vasitələrinin üzünə bağlanıb.
Yollarda təmir işləri “Azəryolservis” ASC tərəfindən aparılır.