Şüvəlan-Mərdəkan-Qala və Qala-Pirallahı magistral yollarının yenidən qurulması işləri davam etdirilir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətindən bildirilənə görə, nəzərdə tutulmuş tədbirlər çərçivəsində yol kənarlarında inşa edilən qeyri-qanuni tikililər sökülür, nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkili istiqamətində zəruri tədbirlər görülür.
Cari ilin son 6 ayı ərzində yolların əsaslı və cari təmiri planına uyğun olaraq Şüvəlan və Mərdəkan qəsəbələrində 28 min 963 kvadratmetr yola yeni asfalt örtüyü salınıb.