Oktyabrın 18-i və 19-da Moskvada Müslüm Maqomayev adına III Beynəlxalq Vokalçılar Müsabiqəsi keçiriləcək.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, bu haqda M.Maqomayevin rəsmi internet səhifəsində yazılıb.
“Crocus City Hall”da baş tutacaq müsabiqədə səhnəyə 9 ölkədən 15 gənc vokalçı çıxacaq.
Münsif kürsüsündə M.Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya əyləşəcək.
Qeyd edək ki, adıçəkilən müsabiqə artıq üçüncü dəfədir ki, Rusiyanın paytaxtında keçirilir.