Tanınmış media işçisi İqtisadiyyat Nazirliyi tabeliyindəki “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Oxu.Az-ın məlumata görə, müvafiq vəzifəni AZTV və “İctimai TV”də fəaliyyət göstərmiş Orxan Cabbarlı icra edəcək.

“Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki müdiri Elmar Məlikov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində mətbuat katibi təyin edilib.
