Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansında 1,19 mlrd. dollar həcmində kəsir əmələ gəlib.
Oxu.Az-ın məlumatına görə, “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 9 dəfəyə yaxın azdır.
Belə ki, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansı 9,14 mlrd. dollarlıq kəsirlə tamamlanıb.
Qeyd edək ki, cari ilin I rübündə tədiyə balansında 1,27 mlrd. dollarlıq kəsir, II rübündə 18 mln. dollarlıq profisit, III rübdə isə 63 mln. dollarlıq profisit yaranıb. Bununla da, tədiyə balansında ardıcıl olaraq iki rüb profisit müşahidə olunur.

U.A.
www.oxu.az