Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 9 milyard 347 milyon dollar həcmində xarici ticarət əməliyyatları aparıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,89% azalma deməkdir.
Oxu.Az bu barədə Dövlət Gömrük Komitəsinin cari ilin 7 ayı üçün nəzərdə tutulmuş yeni hesabata istinadən xəbər verir.
Bu ilin ilk 7 ayında idxal əməliyyatlarının həcmi 10,46% azalaraq 4 milyard 757 milyon dollara, ixrac əməliyyatlarının həcmi isə 38,57% azalaraq 4 milyard 589 milyon dollara bərabər olub.
Nəticədə xarici ticarət dövriyyəsində 167 milyon 466,27 min dollarlıq mənfi saldo yaranıb. Ötən ilin ticarət dövriyyəsində isə 2 milyard 167 milyon 144,93 min dollarlıq müsbət saldo (yəni, xaricə satdığımız, xaricdən aldığımızdan çoxdur – red.) yaranıb.
Ülviyyə R. Əli
www.oxu.az