Fransız Totalı neftin qiymətinin ucuzlaşmasının uzun müddət üçün saxlanılacağına dair gözləntiləri ilə əlaqədar olaraq 2016-cı ildə kapital yatırımını azaltmaq niyyətindədir.
Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
Şirkətin press-relizində deyildiyi kimi, gələn il neft-qaz layihələrinə investisiyaların həcmi 2015-ci ilin 23-24 milyard dolları ilə müqayisədə 15% - 20-21 milyard dollara qədər azaldılacaq. Müqayisə üçün: 2013-cü ildə Totalın kapital yatırımı 28 milyard dollara çatıb.
Şirkət həmçinin bildirib ki, 2017-ci ildə investisiyalara 17-19 milyard dollar ayırmaq niyyətindədir, əvvəllər isə 20 milyard dollar həcmində kapital yatırımı planlaşdırılırdı.
Total həmçinin 2017-ci ildə illik xərclərin 50%-ni - 3 milyard dollardan 2 milyard dollara qədər azaltma göstəricisini yüksəldib.