Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp Maska qarşı: "Tesla" qiymət şokunun astanasında
"ABŞ Prezidenti Donald Tramp administrasiyasının digər ölkələrə qarşı ticarət məhdudiyyətləri səbəbindən "Tesla" şirkətinin yeni avtomobillərinin qiymətləri artacaq".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətin sahibi İlon Mask özünün "X" hesabında bəyan edib.
"Qeyd etmək vacibdir ki, "Tesla" bu məsələdə zərərdən qaça bilməyib. Rüsumların "Tesla"ya təsiri hələ də əhəmiyyətlidir", - deyə milyarder yazıb.
Onun sözlərinə görə, tarif məhdudiyyətləri digər ölkələrdən gətirilən "Tesla" avtomobillərinin ehtiyat hissələrinin qiymətinə təsir edəcək, qiymətə təsir əhəmiyyətli olacaq.
Qeyd edək ki, martın 26-da Tramp ABŞ-nin ölkə xaricində istehsal olunan bütün avtomobillərə 25% idxal rüsumu tətbiq edəcəyini bildirib.