İran üzərindən sanksiyaların ləğvindən sonra, Turkcell İranda sərmayə imkanlarını nəzərdən keçirir və əlverişli təklif gələrsə, “Fintur”dakı hissələrini sata bilər.
Oxu.Az Milliyyət-ə istinadən xəbər verir ki, bu barədə Reuters-ə açıqlamasında şirkətin icraçı direktoru Kaan Terzioğlu bildirib.
“Bir şirkətin bir ölkəyə küsmək şansı yoxdur. İranı əhəmiyyətli bazar olaraq görürük. İranlı müştərilərimizə verə biləcəyimiz xidmətləri düşünürük. Bunlar rəqəmsal və digər xidmətlər ola bilər. Bütün bunları dəyərləndirəcəyik. İran böyük bir bazar və Turkcellində maraq dairəsindədir”, - deyə Kaan Terzioğlu qeyd edib.
Qeyd edək ki, “Fintur” Qazaxıstan, Azərbaycan, Moldova və Gürcüstanda mobil operatorların səhmdarıdır. “Fintur” şirkətininin 41,45%-i “Turkcell” ə, 58,55% isə “TeliaSonera”ya aiddir.
Ülviyyə R. Əli
www.oxu.az