2014-cü ildə Türkiyə Azərbaycandan 6 milyard kub metr təbii qaz alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Enerji bazarı Üzrə Tənzimləmə Təşkilatının son yaydığı hesabatda bildirilib.
“Keçən il Türkiyəyə ümumilikdə 49, 2 milyard kub metr təbii qaz idxal edilib”-deyə, təşkilatın yaydığı hesabatda qeyd olunub.
Bundan əlavə, ən çox idxal Rusiyadan Türkiyəyə olub:
Belə ki, 2014-cü ildə 49, 2 milyard kub metr təbii qazın 26,9 milyard kub metri Rusiyadan alınıb.
İran isə bu hesabatda ikinci yeri tutub. 8,9 milyard kub metr qaz.
Azərbaycan isə qeyd etdiyimiz kimi Türkiyəyə təbii qaz idxalında 3-cü yeri tutub.
Ülviyyə R.Əli
www.oxu.az