Türkiyə İstanbul ətrafında neft və qaz axtaracaq.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Enerji və Təbii Sərvətlər Nazirliyinin qərarına əsasən, neft şirkətlərinə İstanbul və Tekirdağda beş il müddətinə üç, Diyarbakır bölgəsində isə beş ilə bir neft quyusu axtarma icazəsi verilib.
Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2014-cü ilin 8 ayının nəticələrinə əsasən, ölkədə 1934-cü ildən bu yana 144,3 milyon ton xam neft istehsal edilib. Axtarışlar nəticəsində ümumilikdə, 4 min 566 quyu qazılıb.
Nazirlik bildirir ki, qazılan quyuların 70/100-i Cənub Anadolu bölgəsində, 22/100-i Trakya ərazisində, 8/100-i digər bölgələrdə aparılıb.
Ülviyyə R. Əli
www.oxu.az