Türkiyədə dolların rəsmi məzənnəsi səhər saatlarında 3 lirəlik (TL) psixoloji həddi keçib.
1 ABŞ dolları 3,0020 lirə səviyyəsinə yüksəlib. Sonradan 1 ABŞ dollarının məzənnəsi bir qədər enərək 2,96 lirəyə bərabər olub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilin əvvəlindən türk lirəsi (TL) dollar qarşısında 23% dəyər itirib.
Qeyd edək ki, TL Braziliya rialının ardından ən aşağı düşən valyutadır.
Ülviyyə R. Əli
www.oxu.az