Cümə günü Türkiyədə baş verən məlum hadisələrdən sonra bu gün, iyulun 18-də İstanbul Fond Birjasının əsas indeksi sayılan BİST-100 2,3% azalaraq 80900 bəndə, TRY/USD məzənnəsi isə 2,94-ə çatıb.
“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, məlum çevriliş cəhdi hadisəsinin baş verdiyi saatlarda beynəlxalq valyuta bazarları açıq olduğundan TRY/USD məzənnəsi cümə günü, iyunun 15-də 5% artaraq 3,03-ə yüksəlmişdi.
Bu gün səhər saatlarında isə siyasi konyunkturanın sabitləşməsi ilə məzənnə 3% geriləyərək 2,94-ə çatıb.
“Report” analitik qrupu hesab edir ki, BİST-100 indeksinin ölkədə siyasi sabitlik tam bərqərar olana qədər təzyiqlə üzləşəcəyi və 75000-80000 bənd diapazonunda, TRY/USD məzənnəsinin isə qısa müddət ərzində 2,90-3,00 diapazonunda qalacağı ehtimal edilir. İlin sonuna doğru isə BİST-100 65000, TRY/USD isə 3,20 səviyyəsinə yüksələ bilər.
Qeyd edək ki, Azərbaycanda türk lirəsi isə 2,64% azalaraq 0,5264 manata bərabər olub.