Türkiyənin Egey dənizi sahillərində 908 ədəd turizm obyekti ümumilikdə 9 milyard TL (təxminən 3 milyard dollar) dəyərində satışa çıxarılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Türkiyəyə gələn turistlərin sayının azalacağının proqnoz edilməsi olub.
Egey dənizi sahillərində ən çox satışa çıxarılan turizm obyekti Muğlada qeydə alınıb. 349 ədəd. İzmirdə isə onların sayı 203 ədəd olub.
Məlumata görə, bu müəssisələrin 42-i hotel, 15-i apart hotel, 108-i villa hotel, 8 qonaq evi, 16-ı pansionat, 14-ü kənd evidir.
“Ege Turizm Müəssisələri Birliyi”nin sədri Məhmət İşlər turizm sektorundakı bu vəziyyətlə bağlı narahatlığını ifadə edib:
“Hazırda turzim obyektlərinin 2%-i başqa alıcılara satılıb. Amma mövsümun sonuna qədər bu rəqəm 12%-ə qədər qalxa bilər”.
Ülviyyə R. Əli
www.oxu.az