“Azərkosmos” ASC və “Doktor” TV kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb.
Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) məlumat verilib.
Müqaviləyə əsasən, Türkiyənin sağlamlıq haqqında olan ilk kanalı “Doktor” TV, artıq “Azerspace-1” peyki üzərindən yayıma keçəcək.
Qeyd edək ki, kanalda əsasən insan sağlamlığı mövzusunda olan verilişlər nümayiş olunur.
Xatırladaq ki, Azərbaycan efir məkanında sağlamlıq haqqında yayımlanacaq ilk tematik kanal olan “Doktor” TV kanalı 1 may 2015-ci il tarixindən 11015/H/30000 tezliyi ilə yayımlanır.
Ülviyyə R. Əli
www.oxu.az