Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filmi təqdim olundu](https://images.oxu.az/2015/05/01/17/35/15/820/DSC_2262:1200.jpg)
“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filmi təqdim olundu
Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları mərkəzinin istehsal etdiyi yeni məhsulların - “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın – virtual səyahət” 3D qrafik təsvirli filmlərin təqdimat mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihənin koordinatoru, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmlərin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib.
O bildirib ki, “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filminin çəkilişində əsas məqsəd Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası haqqında Ermənistanın elmi dairələrinin və erməni diasporasının dünya ictimaiyyətini aldatmaq yönündə fəaliyyətlərinə qarşı mübarizəyə töfhə vermək, Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsus tarixin, maddi - mədəni irsin, məbəd və kilsələrin, epiqraf yazıların ermənilər tərəfindən saxtalaşdırılmasına dair elmi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.
Filmin hazırlanmasında Azərbaycan ərazisində olan, Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində və Ermənistan ərazisində qalan qədim dövlətimizdən olan Qafqaz Albaniyasına məxsus maddi-mədəni irsimiz - alban məbədlərinə aid olan orijinal kadrlardan istifadə olunub.
Təqdimat mərasimində Virtual Qarabağ İKT mərkəzinin məhsulu olan Azərbaycan və ingilis dillərində hazırlanan “Laçın - virtual səyahət” 3D qrafik təsvirli film vasitəsi ilə Azərbaycanın Qarabağ bölgəsinin Laçın rayonunun abidələri, küçələri qrafik təsvirləri canlandırılıb.
Təqdimat zamanı mərkəzin Azərbaycan, rus, ingilis dillərində olan rəsmi portalı www. Virtulakarabah.Az internet səhifəsinin türk və fransız dillərində olan yeni versiyaları da ictimaiyyətə təqdim olundu.
Təqdimat mərasimində rəsmi şəxslər, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatların, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri iştirak edib.
FOTO: Nüsrət Abdullayev
E.Ə.
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan Koşta ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib
- Nikol Paşinyanın Avropa İttifaqı sevdası nə ilə nəticələnəcək?
- Ermənistan Azərbaycanın Bern Konvensiyası çərçivəsində arbitraj işi üzrə iddiasını alıb
- Serj Sarqsyanın kürəkəninə qarşı cinayət işi açılıb
- Azərbaycan Ermənistandan tam təzminat tələb edir: Sənədlər göndərildi
Rəylər