Rusiya energetika nazirinin müavini Anatoli Yanovski Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus təyyarənin vurulmasından sonra Türkiyəyə təbii qazın nəqlinin dayandırılması ilə bağlı xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir müavini TASS agentliyinə bildirib.
“Qazın nəqli müqavilədəki öhdəliklərə uyğun davam edir. Əksi mümkün deyil”, - deyə o bildirib.
Ülviyyə R. Əli
www.oxu.az