Türkiyənin məşhur Anzer balının qiyməti bu il pis hava şəraiti ilə əlaqədar olaraq 850 lirə və ya 334 manata satışa çıxarılacaq.
Oxu.Az Anadolu-ya istinadən xəbər verir ki, bu bal dünyada bir çox xəstəliklərə şəfa olaraq bilinir.
Anzer Ballıköy Kənd İnkişaf Kooperativinin sədri Osman Civelek bilirib ki, hava pis keçərsə bal olmayacaq kimi təlaşımız var:
“Hava şəraiti arıçılığın inkişafına müsbət təsir etmədi. Son 15-20 gün içində isə havaların arıçılığın inkişafı üçün münasib keçməsi ilə əlaqədar məhsuldarlığımızı artıra bildik. Əgər hava şəraiti yenidən pisləşərsə, bal olmayacaq kimi bir təlaşımız var”.
Onun sözlərinə görə, balın qiyməti bazarda süni olaraq artırılır:
“Biz 700-800 kiloqram bal istehsal etmişik, bazarın tələbi isə 2 tona yaxındır. Bu səbəbdən bazarda süni qiymət artımları da müşahidə olunur”.
Qeyd edək ki, 2014-ci ildə bu balı türklər 274 manat və ya 700 lirəyə satışa çıxarıblar.
Hazırda isə bu balın yarım kiloqramı bazarda 400 lirə və ya 157 manat, bir kiloqramı isə qeyd etdiyimiz kimi 850 lirə və ya 334 manatdır.
Ülviyyə R. Əli
www.oxu.az