Mərhum müğənni Kayahanın əvvəlki nikahından olan qızı Beste Açar Havaron ilə həyat yoldaşı İpək Açar arasındakı qalmaqal davam edir.
Oxu.Az xəbər verir ki, Beste Açar Havaron atası Kayahanın hesabından pul çəkdiyi üçün iddia açdığı ögey anası İpək Açara bu dəfə Facebook səhifəsindən sərt sözlər ünvanlayıb.
Havaron yazır:
“Həyatımıza qara bulud kimi çökdün. 17 yaşında atan yaşında adamla 6 il birlikdə yaşayıb uşaq ürəyimi parçaladın. Sonra da ağılını işlədərək ərə gedib uşaq doğdun”.
Aytən Sadıqzadə
www.oxu.az