Türkiyədə hərbi çevriliş cəhdləri əhali arasında böyük təşvişə səbəb olub.
Oxu.Az-ın məlumatına görə, ANS-in Türkiyə bürosundan verilən məlumata görə, sakinlər bank hesablarında olan əmanətlərini geri götürmək üçün bankomatlar qarşısında növbəyə düzülüb.
TRT-nin məlumatına görə, ölkə ərazisində hərbi olaylar nəticəsində Silahlı Qüvvələr çevriliş edib. Bundan sonra əhali təşvişə düşərək banklardan pullarını çıxarmağa başlayıb.
Bununla bərabər yanacaqdoldurma məntəqələri önündə də uzun sıra növbələri yaranıb. Bütün ölkə ərazisində kommendant saatı elan olunub.