Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkmənistan qazının Azərbaycana tədarükü artıb
İran türkmən qazının Azərbaycana svop tədarükünü sutkada 4,5-5 milyon kubmetrdən 7-7,5 milyon kubmetrə qədər artırıb.
Bu barədə İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Xales bildirib.
“Türkmən qazının İran ərazisindən tədarükünə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Razılaşmalara əsasən, biz Azərbaycana gündə 4,5-5 milyon kubmetr svop tədarük edirik. İndi bu tədarük artaraq 7-7,5 milyon kubmetr olub. Bu, Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə uyğun həyata keçirilib. Ümumiyyətlə, Serah xəttində svop tədarükü potensialı gündə 20 milyon kubmetrə qədərdir”, - diplomat bildirib.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.
Mənbə: TASS
"İran" teqi üzrə xəbərlər
- İran parlamentinin nümayəndə heyəti saxta "erməni soyqırımı" abidəsini ziyarət edib
- Məsud Pezeşkian İrandakı təhsil haqqında: "Xalqla danışmağa cəsarət etmirəm"
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- "Haber Global": İranı kimlər hədəfə çevirdilər?
- İran Suriya üzrə xüsusi nümayəndə təyin edib