Ukrayna saytlarında ukraynalıları Azərbaycan, Qazaxıstan, Özbəkistana işə dəvət edən bir sıra vakansiyalar yerləşdirilib.
Oxu.Az Ukrayna KİV-nə istinadla xəbər verir ki, dar sahələr, idarəetmə, xidmət personalı sahələri üzrə mütəxəssislər (zərgər, rəhbərin şəxsi assistenti, xadimələr və elektriklər) tələb olunur.
Mütəxəssislər xaricilərin ukraynalı kadrlarla maraqlanmalarını öz ölkələrində mütəxəssis çatışmazlığı ilə izah edirlər.
Ukrayna KİV-nin məlumatına əsasən, qrivnanın devalvasiyasından sonra Daşkənd və Bakı ukraynalı qastarbayterlər üçün cəlbedici olublar.
www.oxu.az