Ümumi Daxili Məhsul istehsalı 2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,5 faiz artaraq 13,2 milyard manat təşkil edib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin birinci rübdə əlavə dəyərin 48,4 faizi sənaye sahələrində, 9,6 faizi tikinti kompleksində, 11,4 faizi ticarət və pullu xidmət sahələrində, 6,1 faizi nəqliyyatda, 1,8 faizi informasiya və rabitə müəssisələrində, 2,4 faizi aqrar bölmədə, 13,4 faizi digər sahələrdə yaradılıb.
Əhalinin hər nəfərinə orta hesabla 1403,4 manat məbləğində (1789,2 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artıb.
Əlavə dəyərin 54,8 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-mart ayları ilə müqayisədə 8,8 faiz artıb, neft-qaz sektorunda isə 4,1 faiz azalıb.
Gülnarə Zeynalova
www.oxu.az