Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Universitet biznes əməkdaşlığı istiqamətində layihələr həyata keçirilir - YENİLƏNİB + FOTO
Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisəsinin, Mühəndis Emalatxanasının və “AzTU Texnoparkı - Bilişim Vadisi Bakı”nın fəaliyyəti ilə tanışlıq olub.
KOB subyektlərinin inkişafına dəstək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) KOB Model Müəssisəsi yaradılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirinin müavini İdris İsayev KOB Model Müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun da iştirak etdiyi tədbirdə bildirilib ki, Model Müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını artırmağa, xüsusilə də universitet-sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə imkan verəcək.
KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkün olacaq. Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir. Model Müəssisənin təlim-tədris auditoriyalarında, həmçinin sahibkarlıqla bağlı ilkin biliklər veriləcək.
KOB Model Müəssisənin universitet-sahibkarlıq modelinə inteqrasiyasını təmin etmək məqsədilə AzTU-da qurulan Mühəndis İnkişafı Proqramının (MGP) Emalatxanası ilə də tanışlıq olub.
Diqqətə çatdırılıb ki, MGP Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) sənayeyönümlü proqramı əsasında AzTU və Milli Aviasiya Akademiyası ilə birgə ərsəyə gətirilib. Proqram çərçivəsində hər il orta hesabla 100 yüksəkixtisaslı mühəndisin hazırlanması nəzərdə tutulur. Bu il MGP proqramı TUSAŞ-ın mütəxəssisləri tərəfindən yerinə yetirilir. Proqram dinləyiciləri AzTU və MAA-nın gənc müəllimləri, yuxarı kurs bakalavr, magistr və doktorant tələbələrdir.
Bildirilib ki, “AzTU texnoparkı - Bilişim Vadisi Bakı” şirkətlərin cəlbi yolu ilə ali təhsil sistemində innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də gənclərin bu istiqamətdə ideya və praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli ekosistem yaratmağı hədəfləyir. Bu baxımdan inkubasiya və akselerasiya proseslərinə də dəstək veriləcək.
16:03
“Həmkarlarla birlikdə Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisəsi və Mühəndis Emalatxanası ilə tanış olduq”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.
“Bu Model Müəssisə KOB işçilərinin eksperimental təlim keçməsi üçün zəruri platforma rolunu oynayacaq, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına töhfə verəcək”, - deyə nazir bildirib.
Həmkarlarla birlikdə Azərbaycan Texniki Universitetində (@aztueduaz) yaradılmış #KOB Model Müəssisəsi və Mühəndis Emalatxanası ilə tanış olduq. Bu Model Müəssisə KOB işçilərinin eksperimental təlim keçməsi üçün zəruri platforma rolunu oynayacaq, həmçinin mikro, kiçik və orta… pic.twitter.com/k7S5Ifo7MD
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 9, 2024
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
- Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib
- "Yaşıl artım portalı" karbonsuzlaşma üçün ən uyğun ölkələri müəyyən etməyə yardım olur
- Elnur Əliyev: "Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək"
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"