Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri artıq yekunlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən kollegiya iclasında Səlim Müslümov bildirib.
“Yaxın 3-4 ay ərzində bu yardımlar üçün müraciətlərin elektron qaydada qəbuluna və yardım təyinatlarının avtomatlaşdırılmasına başlanacaq”- deyə, nazir bildirib.