Azərbaycanda ünvanlı dövlət sosisal yardım prosesinin avtomatlaşdırılması planlaşdırılır.
Oxu.Az Bakupost-a istinadən xəbər verir ki, bu barədə Əhalinin əmək və sosial müdafiə naziri Səlim Müslimov, çərşənbə günü nazirlikdə keçirilən “informasiya saatı”nda bəyan edib.
“Bu məqsədlə xüsusi işçi qrupu layihə reallaşdırır, onun əsasında müvafiq qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur”, - nazir bildirib.
Statistik məlumatlara müvafiq olaraq, Azərbaycanda 128 025 ailənin 599 834 üzvünə ünvanlı sosial yardım təyin edilib.
37 208 ailənin üç və ya daha artıq övladı var, onlardan 11 596 – məcburi köçkün ailəsi, 307 – şəhid ailəsidir.
Ünvanlı sosial yardımın aylıq məbləği 2006-cı ildə 44,28 manatdan, son 8 ildə üç dəfə artaraq 2014-cü ildə 133,06 manatdan ibarət olub.
Ünvanlı sosial yardımın hesablanması üçün tətbiq edilən ehtiyac meyarı, 2006-cı ildən 3,3 dəfə artaraq 2014-cü ildə 100 manatdan ibarət olub.
Bu artım dinamikası, aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımda da müşahidə edilir.