Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vahid Əhmədov: Əmanətlərin sığortalanması müddəti artırılmalıdır
Deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib.
Oxu.Az-ın xəbərinə görə, o, çıxışında vurğulayıb ki, bu qanun 2016-cı ildən tətbiq edilməyə başlanılıb.
“Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar”, - deyə deputat bildirib.
Kamil HƏMZƏOĞLU
Ən çox oxunanlar