Azərbaycanlı milyarder Vahid Ələkbərov Rusiya-Türkiyə arasında müşahidə edilən gərginliyə baxmayaraq Türkiyəyə sərmayə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Sabah nəşri yazıb.
Məlumata görə, o, İstanbulun Levent səmtində yerləşən “Edition” otelini alıb.
Nəşr yazır ki, otelin əvvəlki sahibi azərbaycanlı iş adamı “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov olub. O, bu binanı 2003-cü ildə alıb. 2010-cu ildən isə bina otel kimi fəaliyyət göstərib.
Qeyd edək ki, bununla azərbaycanlı milyarder ikinci dəfə bu ölkəyə investisiya qoyub. Belə ki, bundan öncə V.Ələkbərov enerji şirkəti “Akpeti” 500 milyon dollara almışdı.
Ülviyyə R. Əli
www.oxu.az