Bakıda gecə saatlarında 14 maşına hücum edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Həsən bəy Zərdabi prospektində baş verib.
Avtomobillərin saxlanıldığı dayanacağa hücum edən şəxs və ya şəxslər qarət məqsədi ilə onların şüşələrini sındırıblar.
Lakin 2 avtomobildən 1 ətir və mobil telefon aparılıb.
Məlumata görə, adıçəkilən prospektdəki dayanacaqda saat 21:00-a kimi mühafizə olur. Hadisə isə gecə saatlarında baş verdiyi üçün bunu törədənləri görmək mümkün olmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.
E.Ə.
www.oxu.az