Azərbaycan əsilli iş adamı Vahid Ələkbərova məxsus “Lukoil” şirkəti Rusiyadakı yanacaqdoldurma məntəqələrinin təxminən 30%-ə qədərini satmağı nəzərdən keçirir. Söhbət 700 yanacaqdoldurma məntəqəsindən gedir.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, “Lukoil” Rusiyada biznesin rentabelliyinin aşağı düşməsi səbəbindən satış imkanlarını nəzərdən keçirir.
Şirkət Rusiyada 2544 yanacaqdoldurma məntəqəsinə malikdir.
N.О.