Azərbaycan əsilli milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov bəyan edib ki, neftin qiymətinin bir barelə görə 70 dollar olması həm alıcıları, həm də istehsalçıları qane edir.
Oxu.Az-ın xəbərinə görə, onun sözlərini TASS nəşri sitat gətirir.
Şirkət rəhbəri bildirib ki, hazırda neft hasilatının azaldılmasına ehtiyac yoxdur:
““Lukoyl” 2019-cu ildə neft hasilatını azaltmaq niyyətində deyil, əksinə, xarici layihələr üzrə hasilatı artırmaq istəyirik”, - deyə o bildirib.
V.Ələkbərov əlavə edib ki, şirkət bu gün yeni layihələri Abu-Dabi və Qərbi Afrikada axtarır.