Azərbaycanın valyuta ehtiyatları 2017-ci il aprelin 1-nə 37 mlrd. 639,9 mln. ABŞ dolları təşkil edib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunun 88,2%-i və yaxud 33 mlrd. 207,2 mln. dolları Dövlət Neft Fondunun (SOFAZ), 11,8%-i və yaxud 4 mlrd. 432,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 518,5 mln. dollar və yaxud 1,4% artıb.
Artım Neft Fondunun valyuta ehtiyatlarında 60,2 mln. dollar və yaxud 0,2%, AMB-nin valyuta ehtiyatlarında isə 458,3 mln. dollar və yaxud 11,4% olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 671,9 mln. dollar və yaxud 1,75% azalıb. İl ərzində SOFAZ-ın valyuta ehtiyatları 1 mlrd. 38,8 mln. dollar və yaxud 3% azalıb, AMB-nin ehtiyatları isə 366,9 mln. dollar və yaxud 9% artıb.

U.A.
www.oxu.az