Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Mərkəzi Bankdan Oxu.Az-a verilən xəbərə görə, valyuta ehtiyatları 2018-ci il iyulun 1-nə 5 milyard 512,7 milyon dollar təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 548,6 milyon dollar və ya 11,1% çoxdur.
May ayı ilə müqayisədə isə iyunda Mərkəzi Bankın valyuta ehtiyatları 41,3 milyon dollar və ya 0,75% artıb.
L.Ə.
www.oxu.az