Dövlət Neft Fondu (SOFAZ) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
Fonddan Oxu.Az-a verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 250 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Xatırladaq ki, Neft Fondu yanvar-fevral ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 3 ayı ərzində SOFAZ tərəfindən hərraclarda satılan valyutanın həcmi 784,4 mln. dollar təşkil edib.
Qeyd edək ki, APA-nın məlumatına görə, 2016-cı ildə keçirilən valyuta hərraclarında Neft Fondu 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
U.A.
www.oxu.az