Dövlət Neft Fondu (SOFAZ) valyuta hərracı ilə bağlı açıqlama yayıb.
Oxu.Az-a SOFAZ-dan verilən məlumata görə, Fond tərəfindən valyuta hərraclarında 2017-ci ilin aprel ayı ərzində 220,8 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Xatırladaq ki, APA-nın məlumatına görə isə, SOFAZ yanvar-mart ayları ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən valyuta hərraclarında 793,4 mln. dollar məbləğində vəsait satıb.
Beləliklə, cari ilin 4 ayı ərzində Neft Fondu tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 15,1 mln. dollar təşkil edib.
Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında SOFAZ 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
U.A.
www.oxu.az