Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Valyuta hərracı ilə bağlı açıqlama: Dollar ucuzlaşdı
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan bildirilib.
Bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7021 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu gün dolların manata qarşı məzənnəsi 1,7023 manat olub.
12:32
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirir.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, Dövlət Neft Fondunun (SOFAZ) hərraca çıxardığı valyutanın məbləği 35 mln. dollar olacaq.
Xatırladaq ki, son hərracda manatın orta çəkili məzənnəsi azalaraq 1,7025 manat səviyyəsində formalaşıb.
U.A.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar