Azərbaycan kommersiya bankları hərracdan sonra valyuta məzənnəsinə yenidən dəyişikliklər edib.
Oxu.Az xəbər verir ki, banklarda həm alış, həm satış qiymətləri ucuzlaşıb.
Bəzi satış müqayisələrini təqdim edirik:
Bundan savayı, “Unibank” dolların satış qiymətini 1,8150-dən 1,7950 manata endirib.
“BTB Bank”da isə dolların alışı 1,7550 manatdan 1,7450 manata, satışı isə 1,7900 manatdan 1,7800 manatadək ucuzlaşıb.
“Kapital Bank”da isə dolların alışı sabit saxlanılıb - 1,7445 manat. Satışı isə valyuta hərracından sonra 1,8300 manatdan 1,8000 manatadək azaldılıb.
“PAŞA Bank” dolların satış qiymətini 1,8200 manatdan 1,8150 manata, “Bank of Baku” isə 1,8300 manatdan 1,8209 manatadək ucuzlaşdırıb.
U.A.
www.oxu.az