Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev qurumun İcraiyyə Komitəsinin kadr məsələsi üzrə iclasında FİFA, UEFA və Milli Assosiasiyaya üzv qurumlarla əlaqələndirmə işləri üzrə vitse-prezident təyin edilib.
Oxu.Az bu barədə Zakon.kz-a istinadən xəbər verir.
“Fevralın 28-də Qazaxıstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin kadr məsələsi üzrə iclasında FİFA, UEFA və Milli Assosiasiyaya üzv qurumlarla əlaqələndirmə işlərinə rəhbər Aysultan Nazarbayev təyin edilib”, - məlumatda deyilir.
Xatırladaq ki, 2015-ci ildə Aysultan Nazarbayev federasiyanın işini və onun keçmiş rəhbəri Yerlan Kojaqapanovu dəfələrlə tənqid edib.
N.О.
www.oxu.az