Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Valyutanın transsərhəd daşınması zamanı hərəkətinin dayandırılmasına dair qaydalar dəyişib
Nazirlər Kabineti "Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar"da dəyişiklik edib.
APA-nın xəbərinə görə, indiyə qədər gömrük orqanları fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair protokol tərtib edib və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilib.
Dəyişikliyə əsasən, gömrük orqanları qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair protokol tərtib edib və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilib.
Eyni zamanda valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində cinayətlərə görə məhkumluq müddətində və ya gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati tənbehin icra olunduğu vaxtdan sonrakı bir il ərzində şəxsin müvafiq hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsi faktının müəyyən olunması valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikator kimi nəzərə alınacaq. İndiyə qədər valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsinin müəyyən olunması ilə bağlı indikator kimi nəzərə alınıb.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Bakıda 4200 üztanıma kamerası QURAŞDIRILIB
- Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi
- Əli Əsədov Belarusun yeni təyin olunan baş nazirini təbrik edib
- Azərbaycanda at oynadan "həkimlər": Onları kim himayə edir?
- Bayramda Abşeron dairəvi xəttində qatarlar qeyri-iş günləri qrafiki ilə çalışacaq