Vergilər nazirinin 07.02.2008-ci il tarixli əmri ilə “Vergi işçisinin etik davranış Kodeksi” təsdiq olunub.
Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən məlumat verilib.
Belə ki, kodeksin 13.1-ci bəndinə əsasən İnsan resursları idarəsinin rəisi Vergilər Nazirliyinin etik davranış məsələləri üzrə səlahiyyətli şəxsi sayılır və bununla əlaqədar vergi orqanı əməkdaşlarının etik davranış qaydalarını pozması ilə əlaqədar vətəndaşlardan daxil olan şikayətlərin araşdırılması İnsan resursları idarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.