2014-cü ildə Qız Qalasını 215 407 nəfər yerli və xarici qonaq ziyarət edib. 2012-ci ildə isə bu rəqəm 113 505 nəfər təşkil edib.
Bu barədə Oxu.Az-a İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Statistik məlumatda göstərilib ki, Şirvanşahlar Sarayı Kompleksini isə 81 482 nəfər yerli və xarici qonaq ziyarət edib. 2013-cü ildə isə bu göstərici 55 185 nəfər olub.