Dağıstan Rəhbəri Ramazan Abdulatipov bəyan edib ki, Azərbaycanla münasibətlərin daha da intensivləşdirilməsinə ehtiyac var.
Oxu.Az xəbər verir ki, bu barədə o, Dağıstan Respublikası parlamentinə müraciətində deyib.
“Azərbaycan, Qazaxıstan və İranla ticari-iqtisadi əlaqələri daha da intensivləşdirmək lazımdır. Bu, Dağıstan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini artırmaq üçün vacibdir”, deyə Abdulatipov bildirib.
Respublika rəhbəri qeyd edib ki, son aylar ərzində Ukraynadakı vəziyyətlə bağlı baş verən hadisələr, Qərbin Rusiyaya qarşı sanksiyaları, neftin qiymətlərinin aşağı düşməsi, rublun real məzənnəsinin zəifləməsi, şübhəsiz olaraq xəbər verir ki, bizim üçün 2015-ci il asan olmayacaq.