2015-ci ilin yanvar ayında Azərbaycanda 7114 vergi ödəyicisi qeydiyyata alınıb.
Vergilər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bu ilin fevralın 1-nə ölkə üzrə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 616 242 nəfər olub ki, bu da 2014-cü ilin fevralın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 13,1% çoxdur.
Bu ilin yanvar ayında ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 95,1% təşkil edib.