2016-cı ilin fevral ayı ərzində vergi orqanlarına 10 176 müraciət daxil olub. Müraciətlərdən 97,6%-i ərizə, 2,1%-i şikayət, 0,3%-i təklifdir.
Bu barədə Vergilər Nazirliyindən Oxu.Az-a bildirilib.
“Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 46,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 35,7% azalıb. Nazirliyin aparatına daxil olmuş şikayətlərin sayı da ötən ilin fevral ayı ilə müqayisədə 50,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 40,3% az olub”, - deyə nazirlikdən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az