Yanvarda vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
Vergilər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bu ilin yanvar ayı ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 544 mln. 849,2 min manat məbləğində vəsait ödənilib.
Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 112% əməl olunub.
U.A.
www.oxu.az