Ermənistan səfirliyinə məxsus Mersedes markalı avtomobil “Şeremetyevo” aeroportu yaxınlığında qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Ermənistanın Moskvadakı səfriliyinin mətbuat katibi Levon Torqomyan bildirib.
“Ödənişli yola çıxışda “Şeremetyevo” aeroportu istiqamətində hərəkət edən Mersedes markalı avtomobil Kia markalı avtomobil ilə toqquşub. İlkin məlumata görə, xəsarət alan olmayıb”, - Torqomyan deyib.
Səfirliyin məlumatına görə, hazırda hadisə yerində Yol nəqliyyat Xidmətinin əməkdaşları işləyir, - mətbuat katibi əlavə edib.
N.О.
www.oxu.az