Filippinin cənub hissəsində 6,7 maqnitudalı zəlzələ nəticəsində 15 nəfər ölüb, 90 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Daha öncə “Channel NewsAsia” telekanalı təbii fəlakət nəticəsində üç nəfərin öldüyü barədə məlumat yaymışdı. Zəlzələ həmçinin elektrik enerjisinin verilməsində də problem yaradıb. Axtarış-xilasetmə işləri davam edir.
N.O.
www.oxu.az