Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vergilər Nazirliyində kadr dəyişikliyi olub
Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, vergilər nazirinin müşaviri Habil Məmmədov vəzifəsindən azad edilib.
Eyni zamanda, vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.
Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.
Qeyd edək ki, Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.
Vergilər Nazirliyində kadr dəyişikliyi olub
Ən çox oxunanlar