Bu ilin yanvar-may ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2825,8 mln. manat məbləğində vəsait ödənilib.
Oxu.Az-a bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlum olub ki, nazirlik müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 104,7% əməl edib. Dövlət büdcəsinə ödəniş ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% artıb.
L.Ə.